Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.