Bakıda bank kartlarından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində Salyan rayon sakini olan bir nəfərin bank hesabından 1422 manat, Yasamal rayonu ərazisində isə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 80 manatı oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon sakini Məmməd Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Əliyev və qardaşı Amil müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.