Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.