Tovuzda gənc oğlanı elektrik cərəyanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Vahidli kəndində baş verib. Məlumata əsasən, 20 yaşlı Saadov Mirsalam Şükür oğlu Axınca çayının adı çəkilən kəndin ərazisindən keçən hissəsində elektrik cərəyanı ilə balıq tuturmuş. Bu zaman onu elektrik cərəyanı vurub. Nəticədə gənc yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.