Balakəndə ŞOK DƏLƏDUZLUQ:  qadınları şantaj edən "vəkil" tutuldu - VİDEO
01 iyun 2024 09:24 (UTC +04:00)

Balakəndə ŞOK DƏLƏDUZLUQ: qadınları şantaj edən "vəkil" tutuldu - VİDEO

Balakəndə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. 

Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub. S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9549
avatar

Oxşar yazılar