Balakəndə QƏZA:  10 yaşlı uşağı maşın vurdu -FOTO
12 sentyabr 2023 09:31 (UTC +04:00)

Balakəndə QƏZA: 10 yaşlı uşağı maşın vurdu -FOTO

Balakəndə 10 yaşlı uşağı maşın vurub. 

Lent.az xəbər verir ki, hadisə Balakən şəhəri, Rafiq Səmədov küçəsində qeydə alınıb. Rayon sakini Nurullah Dibirov idarə etdiyi "QAZ-31" markalı avtomobillə piyada, 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Nəticədə ağır xəsarətlər alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a faktı təsdiqləyiblər.

Faktla bağlı Balakən rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Arzu Qurbanlı

Oxşar yazılar