Balakəndə qadın intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə Balakən şəhərində baş verib. Rayon sakini 44 yaşlı E. Əliyeva özünü öldürmək üçün tibbi dərmanlar və siçan dərmanı qəbul edib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
E. Əliyevanın hansı səbəblə intihara cəhd etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.