Balakəndə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Hənifə kəndində baş verib. Kənd sakini 61 yaşlı Cavanşir Qurbanov evin həyətindəki talvarda özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbləri hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.