Balakəndə çoban suda boğulub öldü - YENİLƏNİB
18 noyabr 2025 15:40 (UTC +04:00)

Balakəndə çoban suda boğulub öldü - YENİLƏNİB

0

Balakəndə kəndlinin su arxında boğulub ölməsi ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Beretbinə kəndində qeydə alınıb.

Katex kənd sakini olan 58 yaşlı İsmayıl Balayev Beretbinə kəndinin ərazisində özünün və bir neçə həmkəndlisinin xırda buynuzlu heyvanını otarırmış. Bu zaman o, naməlum şəraitdə yol kənarından keçən su arxına başı aşağı yıxılıb. O, sudan çıxmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə İsmayıl Balayev boğularaq ölüb.

Məlumata görə, mərhum hadisə zamanı sərxoş halda olub.

Qeyd olunur ki, İsmayıl Balayev uzun illər Rusiyada yaşayıb, 5 il əvvəl isə doğulduğu Katex kəndinə gəlib. Son 2 ildə isə o, çobanlıq edirmiş. Yaxınları onun spirtli içkiyə meylli olduğunu bildiriblər.

Hazırda faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

***
10:06

Balakəndə su arxından meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Katex kəndində qeydə alınıb.

Kənd sakini 58 yaşlı İsmayıl Balayevin meyiti kənd ərazisindəki su arxında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Qeyd olunur ki, mərhum tüfeyli həyat tərzi keçirib.

Onun hansı səbəblə ölməsi isə bəlli deyil.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3902

Oxşar yazılar