Kamran Əliyev
27 aprel 2022 18:40 (UTC +04:00)

Kamran Əliyev

Bakıya yeni prokuror təyin edildi

0

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokuroru təyin edilib.

Qeyd edək ki, ötən gün Bakı şəhər Prokuroru İlqar Abbasovun səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6224

Oxşar yazılar