Bakıya gələn 40 nəfər CƏRİMƏLƏNDİ - SƏBƏB  - VİDEO
01 dekabr 2021 15:46 (UTC +04:00)

Bakıya gələn 40 nəfər CƏRİMƏLƏNDİ - SƏBƏB - VİDEO

Bölgələrdən, habelə Sumqayıt və Abşerondan Bakıya gələn avtobuslarda karantin qaydalarına riayət etməyən daha 40 nəfər cərimə olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən gün keçirilən tədbirlər zamanı  paytaxt istiqamətində hərəkət edən 40-dan artıq sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb və onlar cərimə ediliblər.

Qeyd edək ki, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.

Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildirirk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Bakıya gələn avtobuslarda maska reydi keçirildi

# 1806
avatar

Mehman Nəbiyev

Oxşar yazılar