Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonu ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən E.Allahverdiyev saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.