Bakının mərkəzində "Chevrolet" qaçırıldı
03 yanvar 2023 11:45 (UTC +04:00)

Bakının mərkəzində "Chevrolet" qaçırıldı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu S.Vurğun küçəsi ev 60-ın qarşısında baş verib. Burada Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.

Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar