Bakıdan Lənkərana toya gələn kişi dəm qazından boğularaq ölüb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Göyşaban kəndində qeydə alınıb.
Ailə üzvləri ilə birgə kəndə qohumlarının toyuna gələn 36 yaşlı Xəyal Qasımov ata evində dəm qazından zəhərlənərək ölüb.