Naxçıvanda narkotikin təsirində olan sürücü saxlanılıb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.
Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.