Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri olan 5 nəfərin ümumilikdə 4000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqlı saxlanılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.