Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı
19 mart 2024 06:23 (UTC +04:00)

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı

Bakıda körpünün üstündə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yük maşının sürücüsü nəqliyyat vasitəsini körpünün üzərindəki dəmir maneələrə çırpıb.

Nəticədə yol infrastruktruna ziyan dəyib, yol nişanları sıradan çıxıb.

Qəza səbəbindən prospektdə sıxlıq müşahidə edilib. Əraziyə DYP əməkdaşları cəlb edilib.

DYP əməkdaşları qəzanın aradan qaldırılmasını təmin ediblər. Hadisənin təfərrüatı araşıdırılır.

# 2634
avatar

Oxşar yazılar