Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Babək prospektində baş verib.
“İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.
Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.
Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, “Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o avtomobili elə bu gün alıb.