Bakıda iki yeniyetmə itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisələrdən biri Sabunçu rayonunda qeydə alınıb. Rayonun Bünyatzadə küçəsində yaşayan 16 yaşlı Vəliyev Kənan Fariz oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb.
Nərimanov rayonu Daş karxanası adlanan ərazisində yaşayan Məmmədova Fatimə Rüstəm qızı isə səhər saat 7 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktlarla bağlı yerli polis şöbələrində araşdırma aparılır.