Bakıda yeniyetmənin mədəsində yad cisim aşkarlanıb.
Lent.az xəbər verir ki, Naxçıvan sakini olan 14 yaşlı İbrahim Məmmədov mədə ağrıları ilə həkimə müraciət edib. Bakıda xəstəxanaların birində müayinə zamanı onun mədəsində yad cisim olduğu müəyyənləşib.
Əməliyyat zamanı uşağın mədəsindən maqnit və muncuq çıxarılıb.