Bakıda iki yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisələr Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Maştağa qəsəbə sakini, 2008-ci il təvəllüdlü Nərmin Qazzayeva yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Bundan başqa, rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Zeynəb Dünyamalıyeva qızı, 2008-ci il təvəllüdlü Zəhra Dünyamalıyevanın yaşadıqları evdən çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.
Hər iki faktla bağlı araşdırma aparılır.