Bakıda yeniyetmə itkin düşüb.
Lent.az xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllə ev 30 ünvanında yaşayan 14 yaşlı Lətifə Abasova iyunun 6-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə getmiş və geri qayıtmamışdır.
Faktla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-də araşdırma aparılır.