Bakı şəhərinin Nərimanov rayonunda yerləşən üçmərtəbəli yataqxanada yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
"Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda qeyd olunub.