Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gecə paytaxtın Keşlə qəsəbəsində baş verib.
63 yaşlı Allahverdiyev Faiq İbrahim oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İntiharın dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.