Bakıda yaşlı kişi küçədə ölüb.
Lent.az-ın məlumatına görə, 62 yaşlı Vəliyev Arif Qəni oğlu sentyabrın 1-də paytaxtın Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında qəflətən ölüb.
Arif Vəliyevin oradakı mebel mağazalarından birində işlədiyi bildirilir. O, elə həmin mağazanın yaxınlığında dünyasını dəyişib.
A.Vəliyevin xəstəlikdən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.