İyulun 17-də Yasamal rayonu ərazisində inşa olunan yaşayış kompleksindən 3500 manat dəyərində kondisioner və mis boruların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən Z.Əzizov, O.Həsənov və R.İsrayılov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.