Bakıda yaşayış binasında YANĞIN   - YENİLƏNİB
29 dekabr 2022 11:07 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.

Əlavə məlumat veriləcək.

***
Saat: 10:51

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 2214
avatar

Oxşar yazılar