Bakıda yaşayış binasında yanğın: xəsarət alanlar var
10 may 2021 09:24 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın: xəsarət alanlar var

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1653
avatar

Oxşar yazılar