Bakıda yarımstansiyadan 73 minlik OĞURLUQ
04 fevral 2023 13:10 (UTC +04:00)

Bakıda yarımstansiyadan 73 minlik OĞURLUQ

Bakıda elektrik yarımstansiyasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1548
avatar

Oxşar yazılar