Bakıda və Xaçmazda mağazalar yandı
18 may 2021 09:16 (UTC +04:00)

Bakıda və Xaçmazda mağazalar yandı

Bakıda və Xaçmazda iaşə obyektlərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakının Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə edilib.

Xaçmaz rayonunda isə ümumi sahəsi 150 m² olan birmərtəbəli geyim mağazasının yanar konstruksiyaları 9 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1350
avatar

Mehman Nəbiyev

Oxşar yazılar