Bakıda usta bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 16 radələrində paytaxtın Yasamal rayonu, Moskva prospekti 75a ünvanında qeydə alınıb. Orada 9 mərtəbəli binanın divarında fasad işləri görən Ceyhun adlı ustanı elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.