Bakıda uşaqlarına şiddət göstərən ata barəsində araşdırmalar başlanıb.
Lent.az xəbər verir ki, paytaxtın Xəzər rayon Binə qəsəbə sakini T. Əsədova rayon Polis İdarəsinə əri Tehran Rüstəmovdan şikayətlənib. O, müraciətində bildirib ki, T. Rüstəmov mütəmadi olaraq, övladları 14 yaşlı F. R və 12 yaşlı Z. R-nı döyür.
Daxil olan şikayət əsasında araşdırmalar başlanıb.