Bakıda üçmərtəbəli evdə baş verən yanğının qarşısı alınıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Xəbərə görə, Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
15.48
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.