Bakıda toydan çıxan qadınları avtomobil vurdu, ölən var   -FOTO -YENİLƏNİB
06 may 2024 02:59 (UTC +04:00)

Bakıda toydan çıxan qadınları avtomobil vurdu, ölən var -FOTO-YENİLƏNİB

Bakının Nizami rayonunda avtomobilin vuruduğu piyadalardan biri ölüb.

Lent.az xəbər verir ki, xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Fakt araşdırılır.

***

Saat 02:40

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

# 3633
avatar

Oxşar yazılar