Bakıda motosiklet sürücüsü barədə araşdırmalar başlanıb.
Lent.az-ın məlumatına görə, 28 yaşlı Bakı şəhər sakini Quliyev Məmmədağa Bəşir oğlu “İnstagram” hesabında toy karvanlarını pul qarşılığında motosikletlə müşayət edəcəyi barədə élan verib. M.Quliyev və onunla birgə bu “xidmət”i göstərənlər saxlanılıb.
Hazırda məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırmalar aparılır.
Qeyd edək ki, Məmmədağa Quliyev “Wolt” şirkətində kuryer işləyir.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov saytımıza bildirib ki, bu iş üzrə vətəndaş yol hərəkəti qaydalarının pozulması üçün sosial şəbəkədə çağırış edir:
“Burada Məmmədağa Quliyev yol qəzalarının sayının və tələfatın artması üçün yol hərəkəti qaydalarını təhrif edilmiş formada yaymağa cəhd göstərib. Həmin elan əsasında dərhal tədbir görülüb, M.Quliyev və digərləri saxlanılıb. Onlar peşman olduqlarını bildiriblər.
Yol hərəkəti iştirakçılarına və xüsusən də gənclərə səslənərək bildirirəm ki, yol hərəkəti qanunlarını təhrif edilmiş formada yaymaq məsuliyyət yarada bilər. Bu cür əməllər yolverilməzdir. Hər bir vətəndaş Dövlət Yol Polisi ilə birgə çalışmalıdır ki, qanunlara əməl edilsin və yol-nəqliyyat hadisələri azalsın. Gənclərdən sosial şəbəkələrdən təyinatı üzrə istifadə edilməsini xahiş edirik. Hər halda bəy-gəlin maşınının yanında motosikletlə lüzumsuz sürətlə hərəkət etmək, kobud qayda pozuntularına yol vermək qəbuledilməzdir”.