Bakıda bağ sahələrinə sənəd düzəltdirmək istəyənlərə qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, paytaxt sakini E. Əliyevə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb. O, Bakının müxtəlif yerlərində torpaq sahələrinə çıxarış sənədi almaq istəyənlərə kömək edəcəyini bildirib. Bu yolla “müştəri”lərdən ümumilikdə 42 min 950 manat pul alıb.
Ancaq sonradan o, vədinə xilaf çıxıb. Aldadıldığını görən şəxslər hüquq-mühafizə orqanlarına üz tutub.
E. Əliyevə açılan cinayət işinin məhkəmə istintaqı davam edir. İş üzrə 7 zərərçəkən var.
Məhkəmənin qərarı ilə E. Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib.