Bakıda tikilməkdə olan evlərdən oğurluq olub
19 avqust 2021 17:48 (UTC +04:00)

Bakıda tikilməkdə olan evlərdən oğurluq olub

Bakıda inşası başa çatmayan evlər qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Xəzər rayonu ərazisində 4 nəfərə məxsus inşası baş çatmamış evlərdən naqil, işıq plafonu və təmir-tikinti alətləri, habelə rayon ərazisindəki evlərdən birinin qarşısından naqil oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Muradov saxlanılıb.

# 1275
avatar

Mehman Nəbiyev

Oxşar yazılar