Bakıda tikilməkdə olan bina çökdü: Yaralılar var -  VİDEO   - YENİLƏNİB
24 fevral 2022 16:10 (UTC +04:00)

Bakıda tikilməkdə olan bina çökdü: Yaralılar var - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, onların hər birinə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilmişdir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

saat 13:53

Nərimanov rayonu, Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Bu barədə Baş Prokurorluqdan Lent.az-a bildirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hazırda hadisə yerinin müayinəsi həyata keçirir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13:16

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Lent.az APA-ya isyinadən xəbər verir ki, hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

Bakıda tikilməkdə olan bina çökdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7611
avatar

Oxşar yazılar