Bakıda tələbələr arasında baş verən davaya görə bir nəfər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
17 sentyabr, saat 22:20
Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.
Lent.az xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
5 saylı Peşə Liseyinin 4-cü kurs tələbəsi 19 yaşlı Nəsirov Elmir Ramil oğlu təhsil ocağının tələbəsi ilə mübahisə edib.
Mübahisə zamanı tələbə E. Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.