Bakıda tələbə qız eyvandan  yıxılaraq öldü   - FOTO
31 yanvar 2023 22:44 (UTC +04:00)

Bakıda tələbə qız eyvandan yıxılaraq öldü - FOTO

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

Lent.az xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən yerində ölüb.

Qeyd edək ki, A.Məmmədova Dövlət Rəssamlıq Akademiyasının tələbəsidir.

# 3495
avatar

Oxşar yazılar