Bakıda tanınmış rəssamın damarları kəsilmiş  meyiti tapıldı - YENİLƏNİB
18 iyun 2025 10:53 (UTC +04:00)

Bakıda tanınmış rəssamın damarları kəsilmiş meyiti tapıldı - YENİLƏNİB

Dostları tanınmış rəssamın damarları kəsilmiş meyitini tapıblar.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, M.Rüstəmov küçəsi ev 6/4-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 52 yaşlı Fərhad Əhmədli oğlu İsgəndərovun qol damarları kəsilmiş meyiti aşkar edilib. 

Hadisənin motivi məlum deyil. 

Dostlarının dediyinə görə, Fərhad Yalquzaqdan iki gündür xəbər yox imiş.

Dostları dünən axşam onun evinə gediblər. Evdə yerləşən emalatxananın qapısını qırıb içəri girəndə meyitini görüblər.

Faktla bağlı araşdırmalar rayon prokurorluğunda aparılır.

*** 

saat 09:15

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə rəssamın dostları məlumat veriblər.

Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib.

Onun nəşini dostları aşkar ediblər.

52 yaşlı rəssamın ölüm səbəbi bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1966

Oxşar yazılar