Bakıda taksinin vurduğu piyadalarla bağlı YENİ XƏBƏR - FOTO  - YENİLƏNİB
27 avqust 2022 11:49 (UTC +04:00)

Bakıda taksinin vurduğu piyadalarla bağlı YENİ XƏBƏR - FOTO - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün 3 nəfər piyadanın vurulması faktı ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, Bu barədə APA-ya DİN BDYPİ-nin rəsmisi Mübariz Ağayev məlumat verib.

Belə ki, avqustun 26-sı, saat 23:00 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi “Toyota Prius” markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç nəfər piyadanı vurub.

Nəticədə, Türkiyə vətəndaşı 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-cü il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərindən biri də, yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol qəzasının baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır".

***

saat 02:56

Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadınlardan birinin şəxsiyyəti müəyyənləşib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, o, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.
 

***

02.43

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub. Zərbənin təsirindən  kişi hadisə yerində ölüb. İki qadının vəziyyəti ağır olduğundan onlar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki piyadanın vəziyyəti ağırdır.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır. 

Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5190
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05