Bakıda əlbəyaxa dava ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə sentyabrın 8-də Mircəlal küçəsində naməlum taksi sürücüsünün yer üstündə yaranmış mübahisə zəminində Bakı şəhər sakini Nizami Ağayevin alın nahiyəsinə başı ilə xəsarət yetirib yerə yıxaraq hadisə yerini tərk etməsi, N.Ağayev aldığı zərbədən hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılaraq istintaqa təhvil verilib.