Bakı sakinin 14 min pulu talançılıq yolu oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə mayın 21-də S.Həsənovun yaşadığı evin həyətindən içərisində 14.min rubl olan pulqabısının talanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsrafilov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.