Bakıda ev yanıb
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 14-də saat 10 radələrində Ümid qəsəbəsində baş verib. Evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.