Bakıda ŞOK OĞURLUQ:  sürücü müdirinin 100 min manatını ələ keçirdi
10 avqust 2024 10:37 (UTC +04:00)

Bakıda ŞOK OĞURLUQ: sürücü müdirinin 100 min manatını ələ keçirdi

Paytaxtın Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 46 yaşlı Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar