Bakıda bir evdən tapılan meyitlərlə bağlı yeni məlumatlar məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzildə aşkarlanan meyitlər iylənmiş vəziyyətdə olub.
Bildirilir ki, onlar rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.
Həmin şəxslər 10 gün əvvəl ölüblər və bundan heç kim xəbər tutmayıb. Onların meyitləri iylənmiş vəziyyətdə olub.
***
saat 11:57
Bakıda evdən 4 nəfərin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
Mənzildə aşkar edilən 4 kişi meyitinin üzərində zorakılıq əlamətləri olmayıb.
İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.