Bakıda "Shacman" minik maşını ilə toqquşdu, ölən var
03 avqust 2024 10:41 (UTC +04:00)

Bakıda "Shacman" minik maşını ilə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonu ərazisində Qala-Pirallahı yolunda baş verib. M. Fərəcullayevin idarə etdiyi "Shacman" markalı yük avtomobili əks yola çıxaraq qarşıdan gələn "kia Rio" markalı avtomobilin sürücü tərəfdən qabaq qapısına dəyib.

Nəticədə minik maşınının sürücüsü M. Aslanov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Mehman Nəbiyev

Oxşar yazılar