Bakıda sex qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. Burada yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.