Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb
28 aprel 2021 07:11 (UTC +04:00)

Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

0

Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının qarşısındakı dayanacaqda baş verib.

1999-cu il təvəllüdlü Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib. Bu zaman o yıxılıb. Y.Dadaşov sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1288

Oxşar yazılar